EN

"Qarabağ" qalibiyyətə layiq idi - Rəqib komandanın baş məşqçisi

"Biz əvvəldən Qarabağın güclü olduğunu bilirdik. Dünən dediyimiz kimi, çox çətin oyun gözləyirdik. Ümumi olaraq isə yarı-yarıya oyun getdi". 

News24.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının əsas liqa mərhələsinin 2-ci tur oyunu olan "Qarabağ"-"Kopenhagen" oyunundan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Yakob Neestrup deyib. 

Onun sözlərinə görə, "Qarabağ" futbol komandası birinci hissədə çox güclü idi, əla oyun göstərdi: " Biz birinci hissəyə zəif başladıq. İkinci hissədə isə biz onlardan yaxşı idik. Bəlkə də bərabərlik qolunu vura bilərdik, lakin alınmadı. 

"Qarabağ" futbol komandasını "Kopenhagen" tarixində güclü rəqib olaraq dəyərləndirmək olar. "Qarabağ" Avropa təcrübəsi olan komandadır. Eyni zamanda bu komandanın yüksək oyunçuları, mükəmməl baş məşqçisi var. "Qarabağ" qalibiyyətə layiq komandadır, bundan sonra da mən bu qalib komandaya uğurlar arzulayıram". 

Xeyrənsə Piriyeva

Chosen
92
news24.az

1Sources