EN

Uzunsürən COVID-19-dan sonra bərpa olmanın sadə üsulu AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müntəzəm fiziki məşqlər postkovid sindromu olan insanlarda immun sistemin fəaliyyətini bərpa edə bilər. Bu nəticəyə Loughborough Universitetinin alimləri gəliblər.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri Amsterdamda keçirilən Avropa Respirator Cəmiyyətinin (ERS) Konqresində təqdim olunub.
Tədqiqatda uzunmüddətli COVID-19-dan əziyyət çəkən 31 pasiyent iştirak edib. Onların hamısı vaxtilə xəstəxanada müalicə alıb və xəstəliyin uzunmüddətli fəsadları ilə üzləşiblər: əzələ zəifliyi, yorğunluq, yaddaş pozuntusu, baş ağrısı və təngnəfəslik.
Pasiyentlərin bir qismi aerob və güc məşqlərini əhatə edən səkkiz həftəlik reabilitasiya proqramından keçib. Digər qrup isə fiziki məşq olmadan yalnız standart müalicə alıb.
Birinci qrupun iştirakçılarında tədqiqatçılar immun sistemin vacib komponentləri sayılan "sadəlövh" və "yaddaş" T-hüceyrələrinin göstəricilərinin yaxşılaşdığını müşahidə ediblər. Alimlərin fikrincə, fiziki məşqlər qan dövranını sürətləndirir, immun hüceyrələrin hərəkətini artırır və xroniki iltihabı azaldır.
Bu mexanizmlər yalnız səhhətin yaxşılaşmasını (yorğunluğun azalması, əzələ və oynaq ağrılarının yüngülləşməsi) deyil, həm də təkrar infeksiyalara qarşı müqavimətin artmasını izah edə bilər. Beləliklə, müntəzəm fiziki aktivlik postkovid dövründə kompleks reabilitasiyanın mühüm elementi ola bilər.
Alimlər növbəti mərhələdə bu yanaşmanın xəstəliyi daha yüngül formada keçirən və xəstəxanaya yerləşdirilməyən pasiyentlərə də təsir edib-etmədiyini öyrənməyi planlaşdırırlar.
Chosen
24
50
oxu.az

10Sources