EN

Microsoft 2025-ci ilin ən böyük yeniləməsini buraxdı

Ajans.az xəbər verir ki,bu barədə The Verge nəşri məlumat yayıb. Yeni versiya əvvəlcə yay aylarında beta testerlər üçün təqdim olunmuşdu. İndi isə Windows Update vasitəsilə bütün istifadəçilər üçün əlçatan olub. Ekspertlər 25H2-ni Windows 11 üçün ilin ən böyük yeniləməsi adlandırır, lakin Microsoft onu daha çox əməliyyat sisteminin dəstək paketi formatında təqdim edib. Microsoft-un vitse-prezidenti Con Kabel bildirib ki, 25H2 yeniləməsi əslində 24H2 versiyasında təqdim edilmiş funksiyaları özündə birləşdirir: "Hər iki versiyada eyni kod bazası və xidmət strukturu mövcuddur ki, bu da yeniləmə prosesini daha da sadələşdirir", – deyə Kabel qeyd edib. Bununla yanaşı, 25H2 əvvəlki versiyalarla oxşarlıqlara malik olsa da, bir sıra mühüm daxili təkmilləşdirmələr də gətirir. Onlara aşağıdakılar daxildir:
  • Əməliyyat sisteminin quraşdırılması və işləməsi zamanı sürət və sabitliyin artırılması;
  • Süni intellekt əsaslı təhlükəsizlik alətləri ilə zəifliklərin daha dəqiq aşkarlanması və kodlaşdırmada yeni yanaşmalar.
Con Kabel həmçinin xəbərdarlıq edib ki, bəzi istifadəçilər bu yeniləməni quraşdıra bilməyə bilər. Səbəb kimi uyğun olmayan sürücülər və ya hardware məhdudiyyətləri göstərilib. Microsoft dəstəyi davam etdirəcək Şirkət həm 25H2, həm də 24H2 versiyaları üçün dəstəyi davam etdirməyi planlaşdırır. Bu yanaşma, istifadəçilərin texniki ehtiyac və imkanlarına uyğun versiya seçmələrinə şərait yaradır.

 

Chosen
132
12
Ajans.az

10Sources