EN

Azərbaycan "yaşıl" inşaat sayəsində gəlirləri artıra və emissiyaların azaldılmasına nail ola bilər

Bakı. Trend:

“Yaşıl” binalara keçid təkcə dövlətə deyil, həm də sonistifadəçilərə, investorlara və inşaatçılara fayda verir.

Trend xəbər verirki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlımaliyyələşmə üzrə eksperti Leyla Hüseynli Bakı İqlim FəaliyyətiHəftəsində çıxışında deyib.

Onun sözlərinə görə, enerji-səmərəli və ekoloji həllərin tətbiqiemissiyaların azaldılmasına və dövlətin istər milli, istərsə dəqlobal səviyyədə iqlimlə bağlı hədəflərinə o cümlədən millisəviyyədə müəyyən edilmiş töhfələrə (NDC) nail olmasına kömək edəbilər.

L.Hüseynli qeyd edib ki, son istifadəçilər üçün “yaşıl” binalarkommunal ödənişlərdə, sudan istifadədə qənaət, həmçinin ekolojimaterialların tətbiqi deməkdir. Investorlar və inşaatçılar üçün isəbelə obyektlər daha yüksək doluluq dərəcəsi, sürətli satışlar vəaktivlərin dəyərinin artması ilə nəticələnir. “Edge”sertifikatlaşdırma sisteminin hesablamalarına əsasən, “yaşıl”binaların orta geri dönüş müddəti təxminən beş il təşkil edir.

Məqalədə:
Chosen
102
az.trend.az

1Sources