EN

Zamiq Əliyevin 75illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 29-daBeynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoruZamiq Əliyevin 75illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir yubilyarın 50 illik yaradıcılığına həsr edilmiş videomaterialın nümayişi ilə başlayıb.

Millət vəkilləri, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yubiley mərasimində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Sahib Paşazadə yubilyarı təbrik edərək bildirib ki, Zamiq Əliyev ömrünün 55 ilini tar ifaçılığına həsr etməklə bərabər 30 ilə yaxındır ki, həm də bir pedaqoq kimi sənəti gənclərə öyrədir.

Müəllifi olduğu mahnıları tanınmış sənətkarlar ifa edir və xalq tərəfindən sevilir. Gecədə ADMİU-nin rektoru Ceyran Mahmudova, AMK-nın rektoru Kamilə Dadaşzadə, Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Dilarə Əliyeva və tanınmış sənət adamlarının yubilyara təbrikləri səsləndirilib. Çıxışlarda Zamiq Əliyevin mənalı ömür yolundan, istedadlı tarzən kimi Azərbaycan musiqisinin, xüsusilə milli muğamlarımızın beynəlxalq aləmdə təbliği istiqamətində yorulmaz fəaliyyətindən, bir pedaqoq kimi yeni ifaçılar nəslinin yetişməsi sahəsində xidmətlərindən söhbət açmış, onu əlamətdar yubiley münasibətilə təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışlar.
Yubilyar gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Gecə tanınmış sənətkarların ifasında geniş konsert proqramı ilə davam edib.

Chosen
8
sia.az

1Sources