BAKI, 1 oktyabr. TELEQRAF
Azərbaycan II Liqasında çıxış edən "Şəki Siti" komandasının prezidenti Elgün Hüseynov altı ay futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Teleqraf xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Buna səbəb bəzi futbolçuların sənədlərini düzgün təqdim etməməsidir.