EN

Azərbaycandan turist axını 2.7% azaldı

BAKI, 1 oktyabr. TELEQRAF

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,7 faiz azalaraq 1419,2 min nəfər olmuşdur.

Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,7 faiz, İrana gedənlərin sayı 1,5 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı30,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 8,8 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər etmişdir.Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,5 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Chosen
32
9
teleqraf.com

7Sources