EN

Azərbaycanın badminton millisinin baş məşqçisi: Ümid edirəm ki, Rusiya ilə yarımfinal matçında gücümüzü göstərə biləcəyik

Qəbələ, 1 oktyabr, AZƏRTAC

İdmançılarımızın nəticələrindən razı deyiləm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi yığmanın III MDB Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

O, nəticələrin ürəkaçan olmadığını söyləyib: “Heyətdə zədəli idmançımız var və bu, komanda yarışlarındakı nəticəyə təsir göstərdi. Ötən gün yarımfinala yüksələrək Rusiyaya rəqib olduq. Rusiya və Belarus yarışların favoriti hesab olunur. Amma biz də ciddi hazırlaşmışıq. Məsuliyyətimizi dərk edirik. Ümid edirəm ki, Rusiya ilə matçda gücümüzü göstərə biləcəyik”.

Xatırladaq ki, Azərbaycan millisi keçirdiyi 5 görüşün 4-də məğlub olub, 1-də qalib gəlib.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

 

Chosen
57
azertag.az

1Sources