Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. O, UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçında ədaləti qoruyacaq.
Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək.
Q.ƏLİYEVXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.