"Qarabağ" klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti matçına çıxacaq.
Publika.az xəbər verir, Rəşad Sadiqovun yetirmələri evdə Danimarkanın "Kopenhagen" klubundan olan həmyaşıdları ilə üz-üzə gələcək. "Azərsun Arena"da baş tutacaq matçın start fiti saat 14:00-da veriləcək.
Qeyd edək ki, Ağdam klubunun U-19 komandası Portuqaliyadakı ilk tur matçında "Benfika"ya 1:7 hesabı ilə uduzub.