BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ Norveçdə P-8 “Poseidon” sualtı gəmi əleyhinə təyyarələr yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Pentaqonun Rusiyanın Danimarka, Polşa və Norveçin hava məkanlarını PUA-larla pozması, habelə NATO ölkələrinin sualtı kabel və boru kəmərlərinə təhlükə səbəbindən Şimali Avropada patrul təyyarələrinin mövcudluğunda maraqlı olduğu bildirilir.
P-8 patrul missiyalarını yerinə yetirə bilən sualtı qayıqlara qarşı döyüş təyyarəsidir. Bunlar ABŞ də daxil olmaqla bir sıra NATO ölkələrində xidmətdədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı gəmi əleyhinə silahları daşıya bilir.