EN

Bakı küçələrində ilk yaşana bilər İlginc yenilik

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Dünyada sürücüsüz nəqliyyat sahəsində ciddi addımlar atılır. Məsələn, 2025-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhərinin küçələrində ilk robotaksilər görünəcək. Dubayda 15 kilometrlik sürücüsüz nəqliyyat zonasının yaradılması planlaşdırılır.

Azərbaycanda da belə robotaksilərin tətbiqi mümkündürmü?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bəzi ölkələrdə bu taksilər sınaq mərhələsində olsa da, xüsusilə ABŞ kimi yerlərdə sürücüsüz nəqliyyat vasitələrinin istifadəsi adi hala çevrilib:

“Çin və texnologiyada irəliləmiş digər ölkələrdə də bu sistemlər aktiv tətbiq edilir. Lakin hər bir texnoloji yenilik kimi, sürücüsüz avtomobillərin tətbiqi də mütləq qanunvericiliklə tənzimlənməlidir. Hazırda Azərbaycan qanunvericiliyində “sürücüsüz avtomobil” və bu qəbildən olan digər anlayışlara dair heç bir konkret normativ baza yoxdur. Bu isə gələcəkdə ciddi hüquqi və praktiki problemlər yarada bilər”.

Elməddin Muradlı

Ekspert bildirib ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalı, müvafiq qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməlidir:

“Sürücüsüz avtomobilin iştirakı ilə baş verə biləcək qəzalar, onların hüquqi məsuliyyəti, sığorta ödənişləri, xüsusilə də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində cavabdehlik məsələləri dəqiq və aydın şəkildə müəyyən olunmalıdır. Məsələn, avtomobil hərəkətdə olarkən texniki səbəbdən yansa, partlasa və ya üçüncü şəxslərə ziyan vursa, məsuliyyəti kim daşıyacaq? Bunlar hüquqi baxımdan incə və həssas məsələlərdir. Bildiyimə görə, artıq Azərbaycanda da bəzi sürücüsüz nəqliyyat vasitələri mövcuddur. Lakin qanundakı boşluqlar həmin maşınların sahibləri üçün ciddi çətinliklər və hüquqi qeyri-müəyyənlik yaradır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources