UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu oynanılır.
Offsideplus.az xəbər verir ki, bu oyunlar çərçivəsində ilk günün görüşləri başa çatdı. Gecə bir sıra sürpriz nəticələr və böyükhesablı qələbələrlə yadda qalıb.
“Real Madrid” Qazaxıstanda “Kairat”ı darmadağın edib – 5:0. İspaniyanın digər təmsilçisi “Atletiko Madrid” də evdə güclü oyun nümayiş etdirərək “Ayntraxt Frankfurt”u 5:1 hesabı ilə məğlub edib.
Türkiyədə isə tarixi nəticə qeydə alınıb – “Qalatasaray” “Liverpul”u minimal hesabla məğlub etməyi bacarıb (1:0).
Digər oyunlarda “Çelsi” “Benfika”ya qarşı çətin qələbə qazanıb (1:0), “Inter” isə “Slavia Praha”nı darmadağın edib (3:0).
Daha bir maraqlı qarşılaşmada Norveçin “Bodo/Glimt” komandası “Tottenham”la bərabərə qalıb (2:2). Fransa təmsilçisi “Marsel” isə “Ayaks”ı böyük hesabla üstələyib (4:0).
Kiprdə keçirilən oyunda “Bayern Münhen” “Pafos”u 5:1 hesabı ilə məğlub edib, İtaliyada “Atalanta” klubu “Brügge” üzərində qələbə qazanıb (2:1).
???? Atalanta 2–1 Brügge
???? Kayrat Almatı 0–5 Real Madrid
???? Atletiko Madrid 5–1 Ayntraxt Frankfurt
???? Bodo/Qlimt 2–2 Tottenhem
???? Çelsi 1–0 Benfika
???? Qalatasaray 1–0 Liverpul
???? İnter 3–0 Slavia Praqa
???? Marsel 4–0 Ayaks
???? Pafos 1–5 Bayern Münhen