EN

ABŞ-da lokdaun ehtimalı

Amerika Birləşmiş Ştatlarının Pezidenti Donald Tramp ölkə hökumətinin 1 oktyabr gecəsi fəaliyyətinin dayandırılması - yəni “lokdaun” ehtimalının mümkün olduğunu bildirib və yaranmış vəziyyətdə Demokrat Partiyasının üzvlərini günahlandırıb.

Publika.az xəbər verir ki, Trampın mətbuat konfransının yayımı Ağ Evin rəsmi YouTube kanalında aparılıb.

“Heç nə qaçılmaz deyil. Hər şey mümkündür, hər şey ehtimal daxilindədir. Mən onların [demokratların] tərəfindən heç bir güzəşt görmədim”, - deyə Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O əlavə edib ki, onun siyasi rəqibləri qanunsuz miqrantlara tibbi xidmət göstərmək istəyirlər və bu, ölkənin səhiyyə sistemini ümumilikdə təhlükə altına qoyur.

19 sentyabrda ABŞ Senatı federal agentliklərin 21 noyabra qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini rədd edib. Səsvermədə 44 senator sənədin lehinə, 48-i isə əleyhinə səs verib.

Chosen
21
publika.az

1Sources