EN

Goranboyda hərbi texnika daşıyan yük maşını yandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb.
Məlumata görə, yük maşınının yük yerində Azərbaycan Ordusuna məxsus texnika olub.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov
Chosen
17
1
oxu.az

2Sources