EN

Naxçıvanda su infrastrukturu ilə bağlı geniş inşaat işlərinə başlanılacaq


Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində içməli su və suvarma suyu infrastrukturunun yenilənməsi layihələri nəzərdə tutulub.

APA-Economics” xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentlitinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O bildirib ki, artıq bu layihələrə başlanılıb:

“Cari ildə də bu istiqamətdə işlər aparılır. Burada həm kənd təsərrüfatı torpaqlarının suvarılmasının yaxşılaşdırılması, yeni torpaqların suvarılması, həm dayanıqlı içməli su təminatının təşkil olunması, eyni zamanda verilən suyun keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində böyük layihələr nəzərdə tutulur və bu layihələr də mərhələli şəkildə həyata keçirilir”.

İ.Bayramov deyib ki, Naxçıvanda bu il iqlim dəyişmələr ilə əlaqədar böyük bir su qıtlığı, yəni su ehtiyatlarının azalması müşahidə olunub:

“Bu da risklərə gətirib çıxardır. Bununla əlaqədar operativ qərarlar qəbul edilib və xüsusi layihələr işlənilir. Növbəti ildə sözügedən istiqamətdə inşaat və quraşdırma işlərinə başlanılacaq. Bu il də bu işlər gedib. Növbəti ildə daha geniş şəkildə bu proses təşkil olunacaq”.

Chosen
50
5
apa.az

7Sources