EN

ADSEA: Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi var

Bakı və Abşeron yarımadasının bir sıra ərazilərində plansız və qanunsuz tikililər mövcuddur.

Bunu jurnlalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentlitinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, bu məsələ bütün dövlət qurumlarının nəzarətindədir:

“Bununla bağlı aidiyyəti qanunvericiliyə, sahəvi qanunvericiliyə müvafiq dəyişikliklər də hətta keçirilir və qanunsuz tikililərin qarşısının alınması üçün hər bir aidiyyəti dövlət qurumu tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Lakin buna baxmayaraq bu tikililər əvvəllər də olub, indi də bəzi hallarda davam edir. Bunlar tikinti üçün tutulmayan ərazilərdə baş verib. Bunlar müvafiq kommunikasiya infrastrukturu, su, qaz xətlərinin və tullantı suları infrastrukturunun olmadığı ərazilərdir və burada tikilən obyektlərə də təbii sənədlər verilmir".

Chosen
46
2
aznews.az

7Sources