EN

Azərbaycan yığması Küveyti də yendi

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, A qrupunda yer alan seçməmiz Küveytlə qarşılaşıb.

Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 5:0.

Xatırladaq ki, yığmamız qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.

Bu gün çövkən üzrə daha bir matç keçirilib. B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb. Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
1
fanat.az

2Sources