EN

ADAU-da peşəkar inkişaf üçün növbəti təlim - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaşların bilik və bacarıqlarının artırılması, peşəkar inkişaflarının dəstəklənməsi və əmək fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi, həmçinin, komanda işinin gücləndirilməsi və ümumilikdə universitetin strateji hədəflərinə nail olması məqsədilə təlimlər davam edir.

"Unikal" xəbər verir ki, növbəti təlim Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov tərəfindən keçilib.

Təlimdə bir sıra əməkdaşlara kommunikasiya və ünsiyyət bacarıqları, ictimaiyyətlə əlaqələr və imic, böhran kommunikasiyası və müasir PR alətləri və texnologiyaları mövzularından söhbət açılıb.

Bildirilib ki, bu sahədə keçilən təlimlər əməkdaşların kommunikasiya bacarıqlarını gücləndirir, media və ictimaiyyət qarşısında daha peşəkar çıxış etmələrinə imkan yaradır. Bu təlimlər böhran vəziyyətlərində düzgün informasiya siyasəti aparmağa, təşkilatın imicini qorumağa və sosial şəbəkələrdə effektiv fəaliyyət göstərməyə kömək edir. Nəticədə, həm daxili, həm də xarici ünsiyyət keyfiyyəti yüksəlir, təşkilatın nüfuzu möhkəmlənir.

Chosen
62
unikal.az

1Sources