EN

II Azərbaycan Özbəkistan Media Forumunda etik məsuliyyət mövzusunda müzakirələr aparılıb

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" mövzusunda panel müzakirəsi aparılıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, müzakirə zamanı iştirakçılar informasiya məkanının rəqəmsallaşması şəraitində peşə etikası, jurnalistlərin və media şirkətlərinin məsuliyyəti ilə bağlı məsələləri, eləcə də dezinformasiya ilə mübarizə üsullarını və auditoriyanın etimadının artırılması metodlarını müzakirə ediblər.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva vurğulayıb ki, informasiya manipulyasiyası, kontekstdən sitatların çıxarılması və emosional başlıqlar məzmunun keyfiyyətini azaldır və mediaya inamı sarsıdır:

"Jurnalistlərin etik məsuliyyəti hətta şəxsi fikir tələb etməyən janrlarda belə həqiqəti çatdırmaqdır. Xüsusilə ölkələrimizdə cərəyan edən proseslər barədə məlumatlılığı artırmaq və hadisələri düzgün işıqlandırmaq üçün Azərbaycan və Özbəkistan jurnalistləri və media strukturları arasında əlaqələri aktivləşdirmək vacibdir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
cebheinfo.az

4Sources