Bakı. Trend:
İnnovasiyalar SOCAR-ın daha səmərəli və qənaətcil olmasına köməkedir.
Trend xəbər verirki, bu barədə SOCAR vitse-prezidenti Kənan Nəcəfov Bakıda PASHAHoldinq tərəfindən təşkil olunan “INMerge İnnovation Summit” zirvətoplantısının gedişində danışıb.
“Milli enerji şirkəti olaraq biz özümüzə bir məqsəd və stratejihədəf qoymuşuq – sənayenin liderləri sırasında yer almaq və maraqlıtərəflərimiz üçün maksimum dəyər yaratmaq. Bunun üçün innovasiyalarbizə həm əməliyyat, həm iqtisadi sahədə daha səmərəli, eləcə dədaha ekoloji olmağa imkan verən bir vasitə kimi xidmət edir”, –deyə o bildirib.
Onun sözlərinə görə, bununla bağlı SOCAR iki əsas istiqamətihəyata keçirir.
“Birincisi rəqəmsal transformasiya üzrə yol xəritəsidir. Bizimşirkətimiz tək bir müəssisə deyil, yüzlərlə müəssisədən ibarətdir.Müxtəlif biznes bölmələrində biz süni intellektdən tutmuşrobotlaşmaya və böyük verilənlərin təhlili metodlarına qədər hərşeyi tətbiq edirik. Hamsını sadalamaq mümkün olmasa da, butexnologiyalar həm əməliyyat, həm də ekoloji səmərəliliyi artırır.Böyümək üçün yer varmı? Bəli, əlbəttə. Miqyas çox böyükdür. Ammasual odur ki, biz bu yola artıq başlamışıqmı, irəliləyiş əldəetmişikmi? Bəli, tamamilə”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, ikinci istiqamət – innovasiyalar üzrə yolxəritəsidir.