Bakı, 30 sentyabr, AZƏRTAC
Mən Cabir İmanovun yaradıcılığına yaxından şahid olmuşam. Onun sənətinə, fədakarlığına və yaratdığı dəyərlərə həmişə böyük qürurla yanaşmışam.
Bunu AZƏRTAC-a müsahibəsində Xalq artisti Hacı İsmayılov deyib. O bildirib ki, Cabir İmanov təkcə yaradıcılığı ilə deyil, həm də səmimiyyəti ilə yadda qalacaq. “Tez-tez görüşər, məni konsertlərinə dəvət edərdi. O görüşlər mənim üçün həmişə dəyərli olub, son görüşümüz isə unudulmaz bir xatirə oldu”, - deyə Hacı İsmayılov qeyd edib.