EN

AFFA prezidenti millinin baş məşqçisi ilə görüşüb ona nə dedi?

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Sportinfo.az xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21-də gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb.

Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Ayxan Abbasovun A milliyə mümkün təyinatına dair xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Chosen
17
41
sportinfo.az

10Sources