EN

Özbəkistanlı prorektor: İnformasiya sistemində süni intellekt sahəsində əməkdaşlıq vacibdir

Bakı, 30 sentyabr, AZƏRTAC

Jurnalistika bir müqavimət gücüdür. XX əsrdə media asılılığı bilik və bacarıqlar toplusuna daxildir. Biz daim məlumat məzmununu yoxlamalıyıq, həmçinin dərin tənqidi mövqedən çıxış edərək danışmağa çalışmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Nozima Muratova deyib.

O, informasiya sistemində süni intellektin rolunun böyük olduğunu diqqətə çatdırıb və bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Nozima Muratova Azərbaycan ilə Özbəkistan arasında magistratura, doktorantura və bakalavr səviyyəsində mübadilələrin də olduğunu diqqətə çatdırıb. Prorektor Forumun yeni ideya və təşəbbüslərin yarandığı vacib bir platformaya çevriləcəyini qeyd edib.

Chosen
36
azertag.az

1Sources