EN

Ceyhun Zeynalov: Səhhətindən heç vaxt şikayət etməyib

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

"Mənim əziz dostum olub. Düzdür yaradıcı işimiz olmasa da, çox gözəl münasibətimiz olub".

AZXEBER.COM xəbər verir ki, bu sözləri reper Ceyhun Zeynalov (Cin) Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, bir-birilərinin xətrini hər zaman çox istəyiblər:

"Biz bir-birimizin xətrini hər zaman istəmişik. Hər gün zəngləşib, hal-əhval soruşurduq. Çox gözəl insan olub. Onu tanıyan hər kəs üçün çox böyük itkidir. Hər kəs şokdadır".

Reper Cabir İmanovun səhhəti ilə bağlı heç bir şikayətinin olmadığını deyib:

"Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. Ekranlarda onu necə şən, gülən görmüşdüksə, həyatda da elə idi".

Посмотреть эту публикацию в Instagram

Публикация от Azxeber Media (@azxeber)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
azxeber.com

1Sources