EN

Azərbaycanın ilk taekvondo qızılını qazanan Ziya Həsənli: “Çox sevinirəm” - FOTO

Azərbaycan taekvondo yığmasının üzvü Ziya Həsənli (63 kq) III MDB Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb.

İdman.biz xəbər verir ki, bu uğur Azərbaycan taekvondosu üçün tarixi hadisə kimi yadda qalıb.

Qələbədən sonra emosiyalarını bölüşən idmançı bildirib ki, bu Oyunlarda çempion olmaq üçün uzun müddət və ciddi şəkildə hazırlaşıb: Məqsədimə çatdım və buna görə sevinirəm. Xüsusilə final döyüşü çox çətin oldu, amma qalib gələ bildim. MDB Oyunlarında taekvondo üzrə tariximizdə ilk qızılı qazanmaq möhtəşəm bir hissdir”.

Ziya Həsənli qızıl medala gedən yolda üç döyüş keçirib və hər birində böyük güc və fədakarlıq nümayiş etdirib: “Üç rəqiblə qarşılaşdım. Ən çətini isə sonuncu döyüş oldu. Amma buna hazır idim və bacardığıma görə çox sevinirəm”.

Gənc taekvondoçu qarşısına daha böyük hədəf qoyduğunu da açıqlayıb: Növbəti məqsədim Olimpiya çempionu olmaqdır”.

İdman.biz

Chosen
40
1
idman.biz

5Sources