EN

Trampın xüsusi nümayəndəsi istefaya gedir

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilin sonuna qədər postunu tərk edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Uitkoffun statusu yalnız 130 gün müddətinə uzadıla bilən xüsusi dövlət işçisi çərçivəsi ilə məhdudlaşır.

Mənbənin məlumatına görə, o, Qəzza zolağında müharibənin başa çatması ehtimalı fonunda istefa verməyi planlaşdırır.

Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı planına razılıq verib. Sənəd HƏMAS-a təqdim olunub. Əgər tərəflər razılığa gələrsə, mənbənin sözlərinə görə, xüsusi elçinin istefası “missiyanın simvolik yekunu” olacaq.

Musavat.com

Chosen
10
1
musavat.com

2Sources