EN

2032-ci ilə qədər Azərbaycan quruda və Xəzər akvatoriyasında 6 QVt gücün istismara verilməsini planlaşdırır

Bakı. Trend:

2032-ci ilə qədər Azərbaycan quruda və Xəzər akvatoriyasında 6GVt gücün istismara verilməsini planlaşdırır ki, onun 4 QVt-ımərhələli plan çərçivəsində “Xəzər–Qara dəniz–Avropa” “yaşılenerji" dəhlizi vasitəsilə ixrac olunacaq. Bu isə təqribən 4,5milyon ton istixana qazı emissiyalarının azaldılmasına imkanverəcək.

Trend xəbər verirki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı İqlimFəaliyyəti Həftəsində çıxışında bildirib.

Onun sözlərinə görə, Transxəzər yaşıl energetika dəhlizinin,həmçinin Naxçıvan və Ermənistan üzərindən“Azərbaycan–Türkiyə–Avropa” dəhlizinin və“Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan” marşrutunungerçəkləşdirilməsi ölkənin əsas prioritetlərindən biri olaraqqalır.

P. Şahbazov vurğulayıb ki, bu miqyaslı layihələr regional enerjisistemlərini balanslaşdırmağa, bərpaolunan enerji mənbələrininpayını artırmağa, enerji təhlükəsizliyini möhkəmləndirməyə,tullantıları azaltmağa və Azərbaycanın qlobal iqlimfəaliyyətlərindəki rolunu gücləndirməyə imkan verəcək.

Nazir qeyd edib ki, “sıfır karbonlu” gələcək üçün əsasmənbələrdən biri də hidrogen olacaq. Azərbaycanda istehsal,istehlak və ixracı əhatə edən Milli Strateji Baxışın həyatakeçirilməsi üzrə Fəaliyyət Planı hazırlanır.

Chosen
25
az.trend.az

1Sources