1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Madaqaskarda kütləvi iğtişaşlarda azı 22 nəfər ölüb, daha 100 nəfər isə yaralanıb".
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri nümayişçilərlə sərt davranıb:
"Ölənlər arasında nümayişçilər, yoldan keçənlər, eləcə də iğtişaşlar və qarətlər zamanı qətlə yetirilənlər var".
Eyni zamanda, Madaqaskar Prezidenti Andri Radzuelina hökuməti istefaya göndərmək qərarına gəlib.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisi və su təchizatında baş verən fasilələrə qarşı etiraz aksiyaları başlayıb və bu, iğtişaşlara səbəb olub.