EN

“Livramento itkisinin zərbəsi böyük olar”

“Nyukasl”ın baş məşqçisi Eddi Hau komandasının müdafiəçisi Tino Livramento ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

“Mən narahatam, çünki Livramento bizim üçün çox önəmlidir. Mövsümün əvvəlində o, möhtəşəm çıxış edirdi. O, əla futbolçudur, buna görə də onu itirsək, bu, böyük zərbə olar.”

22 yaşlı futbolçu, yayda “Mançester Siti”nin maraq dairəsində olsa da, İngiltərə Premyer Liqasının 7-ci turunda “Arsenal”la (1:2) oyunda dizindən zədə alıb və oyunu öz ayağı ilə tərk edə bilməyib.

Qeyd edək ki, bu mövsümdə Livramento bütün turnirlər üzrə 8 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Chosen
52
90deqiqe.az

1Sources