ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Benfika” klubunun keçmiş baş məşqçisi Bruno Laji UEFA Çempionlar Liqasında “Qarabağ”la oyunda aldıqları məğlubiyyət barədə danışıb.
İdman.biz bildirir ki, səbəblər arasında o, həm də “Qarabağ”la oyundan 4 gün əvvəl Portuqaliya çempionatında “Santa Klara” ilə oynadıqları matçı göstərib.
“Heç kim oyunlara belə sıx rejimdə hazırlaşmağı sevmir. Biz klub rəhbərliyinə həmin oyunun təxirə salınmasının vacib olduğunu dedik. Belə olan halda, oyunçuların istirahət etməyə və qarşıdan gələn (“Qarabağ”la”) oyuna hazırlaşmaq üçün vaxtları olacaqdı”, - Laji deyib.
Baş məşqçinin sözlərinə görə, komandanın bu təklifi ilə prezident Rui Koşta və idman direktoru Mariu Branku razılaşmayıblar.
Sentyabrın 12-də keçirilən “Benfika” – “Santa Klara” oyunu 1:1 hesabı ilə başa çatıb. Sentyabrın 16-da isə Lissabon klubu öz meydançasında “Qarabağ”a 2:3 hesabı ilə məğlub olub.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.