EN

Rusiya və Hindistan regional təhlükəsizlik üzrə məsləhətləşmələr keçirəcək

Rusiya və Hindistan arasında regional təhlükəsizlik mövzusunda yeni məsləhətləşmələr 30 sentyabr, çərşənbə axşamı günü Moskvada keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Vladimir Putinin Hindistana səfəri və yüksək səviyyəli tam formatlı danışıqlardan əvvəl 30 sentyabr 2025-ci ildə Moskvada regional məsələlər üzrə növbəti ikitərəfli məsləhətləşmələr keçiriləcək”.

Mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələrdə Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Venediktova və Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Pavan Kapur iştirak edəcəklər. İştirakçılar Cənubi Asiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək, həmçinin Ukraynadakı münaqişə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Chosen
6
1
nocomment.az

3Sources