EN

Bakıda qəza - 2 maşın toqquşdu 

Səbail rayonunun Rəsul Rza küçəsində qəza qeydə alınıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə yol kəsişməsində baş verib.

Şahidlərin sözlərinə görə, "Mercedes" markalı avtomobil Toyota Prius-u gözləməyərək vurub. Zərbədən sonra "Prius" idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
51
1
manset.az

2Sources