EN

Cəmiyyətin görünməyən psixoloji yükü... İdeallıq xoşbəxtliyin əsas şərti kimi təqdim olunur

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Müasir dövrdə sosial şəbəkələr, reklamlar və kütləvi informasiya vasitələri insanlara bir mesaj ötürür: “Qüsursuz olmalısan”. İdeal bədən forması, ideal geyim, ideal həyat tərzi bütün bunlar sanki uğurun və xoşbəxtliyin əsas şərti kimi təqdim olunur. Lakin bu təbliğatın başqa bir tərəfi də var. Əlində imkanları, şansı və ya resursları olmayan insanlar bu “ideallıq yarışında” geridə qalır. Nəticədə, başqalarının standartlarına uyğun ola bilmədiyi üçün özündə kompleks yaradır.

Instagram, TikTok, Facebook və digər platformalarda hər gün qüsursuz görkəm, bahalı həyat və filtrlərlə rənglənmiş reallıqlar paylaşılır. İnsan təbii olaraq özünü başqaları ilə müqayisə edir. Bu müqayisə isə çox vaxt məyusluq gətirir: “Mən niyə onlar kimi deyiləm?”

Unutmaq olmaz ki, heç kimin həyatı göründüyü qədər ideal deyil. Kamera arxasında gizlənən problemlər, stress və çətinliklər paylaşılmır. Amma sadə və adi görünməkdən utanmaq cəmiyyətdə formalaşan yanlış psixoloji təzyiqdir.

Özündə qüsur axtarmaq, daim çatışmazlıqlara fokuslanmaq insanın həm psixoloji, həm də sosial həyatına mənfi təsir göstərir. Bəzi insanlar yalnız “ayıb olmasın”, “geri qalmasın” deyə borca girir, başqalarının standartlarına uyğunlaşmağa çalışır. Halbuki, xoşbəxtlik heç də dəbdəbədə və ya qüsursuz görünüşdə deyil.

Cəmiyyətin ideal qəliblərinə yox, insanın öz daxili rahatlığına və gerçək dəyərlərinə yönəlmək daha önəmlidir. Çünki əsl dəyər səmimilik, sağlam münasibətlər və insanın özünü olduğu kimi qəbul etməsidir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
icma.az

1Sources