EN

Azərbaycanda toy yalnız iki gəncin ailə qurması deyil... Toy mərasimi ənənə, dəbdəbə, yoxsa maddi yükdür?

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda toy mərasimləri həmişə xüsusi mövqeyə sahib olub. Bizdə toy yalnız iki gəncin ailə qurması deyil, həm də ailənin nüfuzunun, imkanlarının və cəmiyyət arasındakı mövqeyinin nümayişi kimi qəbul edilir.

Son illərdə sosial şəbəkələrdə yayılan görüntülər dəbdəbəli toyların miqyasını bir daha ortaya qoydu. Təkcə yerli insanlar deyil, xarici qonaqlar, xüsusilə blogerlər də bu mənzərə qarşısında heyrətləniblər. Onlardan bəziləri açıq şəkildə bildiriblər: “Biz belə toy etsək, müflis olarıq.”

Status göstəricisinə çevrilən toylar

Azərbaycanda çox ailələr imkanlarından qat-qat artıq xərcləyir. Bəzən böyük şadlıq sarayları kirayələnir, məşhur müğənnilərə yüksək qonorar ödənilir, onlarla operator və fotoqraf dəvət olunur. Qonaqların sayı yüzlərlə ölçülür, süfrələr isə saysız-hesabsız təamlarla dolub-daşır. Bu isə yeni ailənin maliyyə yükünə çevrilir.

Cəmiyyətdə bu mövzu ətrafında fərqli fikirlər var. Dəbdəbəli toy tərəfdarları deyirlər ki, toy insan ömründə bir dəfə olur və bu gün unudulmaz keçməlidir. Sadə toy tərəfdarları isə hesab edirlər ki, həddindən artıq xərclər gənc ailənin gələcək planlarını çətinləşdirir, borca salır və uzun müddət yükə çevrilir.

Qərb ölkələrində və hətta qonşu Türkiyədə toylar daha çox ailəvi mərasim xarakteri daşıyır. Gənclər öz imkanlarına uyğun, səmimi və sadə məclislərə üstünlük verirlər. Azərbaycan toyları isə bu kontekstdə “sosial yarışa” bənzəyir.

Toy mədəniyyətimiz zəngin və özünəməxsusdur. Lakin artıq zaman dəyişib, sosial şəbəkələr, iqtisadi reallıqlar və gənc ailələrin yükü bu mövzunu yenidən gündəmə gətirir. Suallar açıq qalır: dəbdəbəli toy həqiqətən xoşbəxtliyin təminatıdırmı, yoxsa yalnız bir günlük nümayiş?

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
icma.az

1Sources