"İqlim dəyişiklikləri mövzusu məktəblərdə yalnız elmi fənn kimi deyil, uşaqların münasibət və davranışlarını formalaşdıran bir mövzu kimi tədris olunmalıdır".
News365.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, iqlim dəyişiklikləri ilə bağlı mövzular riyaziyyat, kimya, biologiya, ədəbiyyat kimi müxtəlif fənlər çərçivəsində uşaqlara təqdim olunmalıdır:
“Burada əsas məsələ elmi bilik deyil, münasibət və düşüncə tərzinin formalaşdırılmasıdır. Elm bundan sonra yaranır. Uşaqlara iqlim dəyişikliklərinə yanaşmanı öyrətmək onların gələcəkdə məsuliyyətli və informasiya əsaslı qərarlar verməsinə kömək edəcək”./APA