EN

ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir - Səfirlik

Avqustun 8-də Prezident Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Rendi Koul “İllik Məzunlar Qalası”nda jurnalistlərə açıqlamasında deyib.

“Bu gün biz bu qalada ABŞ-da təhsil almış məzunları qarşılayırıq. Bunun üçün çox həyəcanlıyıq. Çünki bu məzunlar ABŞ hökumətinin Azərbaycan xalqı ilə əlaqələr qurmasına kömək edir. Xüsusilə də, avqustun 8-də Prezident Trampın vasitəçiliyilə Ağ Evdə əldə olunmuş sülh razılaşmasından sonra bizim Azərbaycanla münasibətlərimiz həmişəkindən daha əhəmiyyətli hal alıb. Azərbaycanın Gəncə, Lənkəran, Şəki və digər şəhərlərində olan məzunlar sülh razılaşmasını reallığa çevirmək üçün çox vacib rol oynayır”, - Rendi Koul qeyd edib.

Chosen
12
6
bakivaxti.az

7Sources