EN

“Mançester Siti” futbolçusuna qiymət qoydu

“İnter” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin futbolçusu Manuel Akanjini transfer etmək niyyətindədir.

İdmanxeber.az  xəbər verir ki, A seriyası klubu 30 yaşlı müdafiəçi üçün 15 milyon avro ayırmağa hazırdır.

Qeyd edək ki, Akanjinin “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədər qüvvədədir. Hazırda o, icarə əsasında “İnter”in heyətində çıxış edir.

 

Chosen
78
1
idmanxeber.az

2Sources