“İnter” müdafiə xəttini gücləndirmək üçün “Mançester Siti”nin futbolçusu Manuel Akanjini transfer etmək niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, A seriyası klubu 30 yaşlı müdafiəçi üçün 15 milyon avro ayırmağa hazırdır.
Qeyd edək ki, Akanjinin “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədər qüvvədədir. Hazırda o, icarə əsasında “İnter”in heyətində çıxış edir.