EN

Ramil Qasımov: "Milyonları güldürən insan bu gün hər kəsi ağladıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Milyonları güldürən insan bu gün hər kəsi ağladıb".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əməkdar artist Cabir İmanovun dostu Ramil Qasımov deyib.
"Bu gün bizim ən kədərli günümüzdür. Milyonlarla insanı güldürənin bu gün əzizləri, doğmaları ağlayır. Yalnız yaxınlarına səbir diləyirəm. Azərbaycan mədəniyyəti üçün böyük itki baş verib. Cabir İmanov Azərbaycan mədəniyyətində, incəsənətində öz imzasını atmış sənətkar idi. Onun çıxışlarına baxanda hamımızın üzündə təbəssüm yaranırdı. Ona görə də indi göz yaşlarımızı saxlaya bilmirik.
Cabir sağlam, özünə baxan, gümrah insan idi. İki gün öncə biz onunla söhbət etmişik, o, hətta Şahin Musaoğlunun sözlərinə yeni mahnı bəstələyirdi" , - deyə o vurğulayıb.
Qeyd edək ki, C.İmanov bu gün günorta saatlarında vəfat edib.
Aygün Mirakif
Chosen
73
50
oxu.az

10Sources