EN

Elza Seyidcahanın qızılları mənimsənilib Müğənni məhkəmədə

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur müğənni Elza Seyidcahan bugün Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində ifadə verib.

Gununsesi.info xəbər verir ki, müğənninin qızıl-zinət əşyaları girov kimi qoyulan Lombardda mənimsənilib.

Lombard sahibi Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərovdan şikayətçi olan Elza Seyidcahan bildirib ki, 8500 manat pul götürmək üçün lombarda anası ilə birlikdə gedərək, təxmunən 100 minlik qızıl-zinət əşyaları qoyub.

Sonradan məlum olub ki, lombard sahibi dələduz imiş.“Tək mənim yoc, rəfiqələrimin də qızılları satılıb. Heç olmasa onlarınkını qaytarsınlar”.

İttiham aktından məlum olub ki, Xəyal Abdullayev eyni əməli 30 nəfərə yaxın şəxsə qarşı törədib.

Firuzə

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
icma.az

1Sources