EN

Biznes, istehlak və ipoteka kreditlərinin həcmi açıqlanıb

Bu ilin avqust ayında bankların kredit portfeli iyul ayı ilə müqayisədə 0,7 faiz və ya 206,7 milyon manat artaraq 28,704.9 milyon manata çatıb.

Mərkəzi Bankın hesabatına əsasən, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 52,6 faiz (15 091,8 milyon manat), istehlak kreditlərinin payı 31,7 faiz (9 114,5 milyon manat), ipoteka kreditlərinin payı isə 15,7 faiz (4 498,6 milyon manat) təşkil edib.

Chosen
25
vergiler.az

1Sources