EN

Trampın 21 bəndlik təklifinə Netanyahudan REAKSİYA

İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın Fox News kanalına eksklüziv müsahibəsində ABŞ prezidenti Trampın Qəzza ilə bağlı 21 bəndlik təklifini dəyərləndirib.

Turkustan.az xəbər verir ki, Netanyahu girovların azad edilməsi və HƏMAS-ın aradan qaldırılmasının əsas məqsədləri olduğunu vurğulayaraq, "Ümid edirəm ki, bu plan uğur qazanacaq. Çünki biz girovlarımızın azad edilməsini, HƏMAS-ın tərksilah edilməsini və Qəzzanın silahsızlaşdırılmasını istəyirik . Həm israillilər, həm də Qəzzalılar üçün yeni bir gələcək qurmağın vaxtı çatıb" dedi.

Müsahibə həmçinin HƏMAS liderlərinə amnistiya təklif edilməsi və bəzi liderlərin Qəzzadan qovulması ehtimalını gündəmə gətirib. Netanyahu əvvəlki bəyanatını təkrarlayıb: “Əgər HƏMAS döyüşləri dayandırsa və bütün girovları azad etsə, liderlərinin ölkəni tərk etməsinə icazə verə bilərik”. Bununla belə, o, planın təfərrüatlarını hələlik müzakirə etməyin tez olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
6
1
turkustan.az

2Sources