EN

II Liqa: Qaradağ Lökbatan üçün Saatlıdan liderliyə yüksəlmək şansı

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Azərbaycan II Liqasında 4-cü tur start götürəcək.

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 matç baş tutacaq. 

Üçüncü pillədə qərarlaşan "Qaradağ Lökbatan" səfərdə "Araz Saatlı" ilə qarşılaşacaq. Qəzənfər Abbasovun baş məşqçisi olduğu komanda Saatlıdan məhsuldar qalibiyyətlə dönə bilsə, azı bir günlük liderlik kürsüsünə yiyələnəcək.

"Quba" da ilk "üçlüy"ə daxil olmaq üçün turnir cədvəlinin ortalarında yaxın qonşusu olan "Ağdaş"ı yenməlidir. 

"Dinamo" -  "Göygöl" qarşılaşması isə "polislər"in ilk xal həsrətinə son qoymaq üçün şansdır. 

Azərbaycan II Liqası

4-cü tur

29 sentyabr 

15.00. “Araz Saatlı” – “Qaradağ Lökbatan”

Hakimlər: Ceyhun Hüseynov, Cavid Ömərov, Elman Kərimov, Səbuhi Bayramov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA delegate: Rüfət Əmirov.

Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Ağdaş” – “Quba”

Hakimlər: Nazim Abdullayev, Rasim Axundov, Ruslan Babayev, Nəriman Ağayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA delegate: Asif Əliyev.

Ağdaş. Şəhər stadionu.

15.00. “Dinamo” – “Göygöl”

Hakimlər: Rasim Musayev, Rəşad Quliyev, Taleh Məmmədov, Fəridə Lütfəliyeva.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA delegate: Erkin Hüseynov.

Binə. Qəsəbə stadionu.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
fanat.az

2Sources