EN

Kollecdə rus bölməsində Azərbaycan dilində tədris aparılır? - RƏSMİ MÜNASİBƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 1 nömrəli Tibb Kollecinin rus bölməsində oxuyan tələbələrə bəzi fənlərin Azərbaycan dilində tədris olunduğu iddia edilir.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, kollecin 1-ci kursunda təhsil alan rusdilli tələbələrə bəzi fənlərin Azərbaycan dilində tədris olunması onları çətin vəziyyətdə qoyub.
"Biz orta məktəbi rus dilində bitirmişik və daxil olduğumuz ixtisas da rus bölməsindədir. Azərbaycan dilində keçirilən fənləri qavramadığımız üçün heç nə öyrənə bilmirik", - deyə şikayətdə yazılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə də yayılan, guya 1 nömrəli Bakı Tibb Kollecində Azərbaycan dilli müəllimlərin rus bölməsində fənn tədris etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
"Məsələ araşdırılıb, məlumatın qaynağı kimi göstərilən profilin feyk (saxta) olduğu müəyyən edilib. Kollecdən verilən rəsmi məlumata əsasən, kollecdə tədris prosesi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, həm Azərbaycan, həm də rus dilində (Azərbaycan Respublikasının Konstitusiyasının maddə 21, II hissəsinin tələblərinə uyğun olaraq) təşkil olunur. Kollecə tədris prosesi ilə əlaqədar hər hansı bir şikayət və ya müraciət daxil olmayıb.
Bundan əlavə, qeyd etmək istərdik ki, mövzu ilə əlaqədar rəsmi qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və ya 1 nömrəli Bakı Tibb Kollecinə müraciət olunarsa, müraciətçinin iştirakı ilə məsələni araşdırmağa hazırıq", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
Chosen
21
3
oxu.az

4Sources