GƏNCƏ, 29 sentyabr. TELEQRAF
Gəncə şəhəri 11 oktyabr 2020-ci ildə tarixində Emənistan ordusu tərəfindən bombalanan zaman xəsarət Bəxtiyar Heydərli prezident İlham Əliyevlə görüşündən danışıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, o deyib:
"Prezident İlham Əliyevlə görüşmək mənə çox maraqlı təsir bağışladı. Hamılıqla və bir yerdə şəkillər çəkdirdik. Nilay, Xədicə, Hüseyn - hər kəs orada idi. Prezidentlə şəkil çəkdirməyimiz, onunla bir yerdə olmağımız mənim üçün unudulmaz oldu".
Məlumat üçün bilidrək ki, bu gün Bəxtiyar Heydərlinin 9 yaşı var.