EN

Azərbaycanda toyda qanlı hadisə: Bəyi çölə çağırdı və bıçaqladı

 

İsmayıllı rayonunda toy mərasimində bıçaqlanan şəxslərin kimliyi məlum olub.

 

Hadisə zamanı kənd sakini, 2002-ci il təvəllüdlü Elşən Babayev, 2005-ci il təvəllüdlü Səid İsayevi (bəy) toy çadırından çölə çağırıb. Onlar arasında mübahisə başlayıb və E.Babayev bəyi bıçaqlayıb. Daha sonra toyda iştirak edən bəyin qohumları hadisə yerinə gələrək, E.Babayevi zərərsizləşdirmək istəyiblər.

 

Bu vaxt E.Babayev daha üç nəfərə - 1976-cı il təvəllüdlü Rahil İsmayılov, 2007-ci il təvəllüdlü Osman İsmayılov və 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyevə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirib.

 

Oxu.az

Tarix: 29 Sentyabr 2025, 10:46   
Chosen
7
4
pravda.az

7Sources