Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sitat.info xəbər verir ki, sentyabrın 25-i saat 21 radələrində Hacı Zeynalabdin qəsəbəsində yerləşən yataqxanada yaşayan 1984-cü il təvəllüdlü Yeganə Qasımova ümumi hamam otağında yıxılıb. Baş nahiyəsindən xəsarət alan qadın vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.