EN

Bakıda "INMerge Innovation Summit" start götürüb

Bakı. Trend:

Bakıda “PASHA Holding”in təşkilatçılığı ilə iki günlük “INMergeInnovation Summit” zirvə toplantısı öz işinə başlayıb.

Trend xəbər verirki, sayca beşinci – yubiley sammitin əsas məqsədi Azərbaycanıninnovasiya ekosisteminin inkişafına dəstək göstərmək, startaplarlainvestorlar arasında əməkdaşlıq platforması yaratmaq, həmçininekosistemin bütün iştirakçıları arasında təcrübə və bilikmübadiləsini təmin etməkdir.

Sammit fintex, telekommunikasiya, elektron kommersiya və digərsahələrdən fikir liderlərini, investorları və novatorları bir arayagətirəcək. “INMerge” həmçinin tərəfdaşlıqların qurulması,əməkdaşlığın genişləndirilməsi və regiondakı sənayenin əsasnümayəndələri ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçünstrateji bir meydança rolunu oynayır.

2024-cü ildə Bakıda keçirilmiş sammit 5000-dən çox iştirakçı,100-dən artıq spiker, eləcə də startaplar və investorları bir arayatopladı. 2025-ci il tədbirinə hazırlıq isə daha da iddialıhədəflərlə başlanılıb.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources