Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışında mühüm fikirlər səsləndirib. F.Şəfiyev bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) regiondakı nüfuzu daim artan xətlə inkişaf edir.
Onun sözlərinə görə, son illərdə təşkilatın nüfuzu artmaqdadır: "TDT regionda sülh və əməkdaşlığa xidmət edir. Təşkilat daxilində əməkdaşlıq və bərabərhüquqluq prinsipi özünü göstərir. Bəzi beynəlxalq təşkilatlarda ciddi islahatlara ehtiyac var, müəyyən boşluqlar özünü göstərir. TDT bu boşluğu doldurmağa qadirdir."
Mətləb Salahov